Bakıda qadının evindən oğurluq edilib.
“Report”un xəbərinə görə, hadisə dekabrın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, günorta saatlarında Yeni Yaşayış Massivi ərazisində yaşayan P.Aslanovanın evindən, içəri açıq qapıdan daxil olmaqla yataq dəstləri oğurlanıb.
Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini S.Şükürov müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.