Bakıda qadını soyan şəxs saxlanılıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bakıda qadını soyan şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Bakı şəhər sakini Pünhanə Məmmədəliyevanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Rasim Əhmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19