Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Pünhan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə P.Abdullayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il aprelin 17-də Nərimanov rayonu ərazisində Mingəçevir şəhər sakini P.Abdullayev Bakı şəhər sakini olan qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan 1500 manat pul alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.