Bakıda qadını döyərək bıçaqla hədələyib pulunu alan şəxs tutulub

Bakı. 23 avqust. REPORT.AZ/ Bakıda qadını döyərək bıçaqla hədələyib pulunu almaq istəyən şəxs tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisində yaşayan Bakı şəhər sakini Səbuhə Abdullayevanın evinə girib onu döyərək bıçaqla hədələyib 500 manat pulunu almaqda şübhəli bilinən ev sahibəsinin tanışı - paytaxt sakini, əvvəllər məhkum olunmuş Təbriz İbrahimli tutulub.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37