Bakı. 31 iyul. REPORT.AZ/ Bakıda qadına zor tətbiq edərək boyunbağısını götürən şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Aysun Şirvanovaya zor tətbiq edib qızıl boyunbağısını alan Şərur rayon sakini Elçin Vəliyev tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.