Bakıda qadına qarşı zor tətbiq olunub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xətai Rayon Polis İdarəsinin 36 və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də, Bakı şəhər sakini Y.Həmidovaya zor tətbiq edib, soyğunçuluq yolu ilə içərisində 105 manat olan çantasını almaqda şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev saxlanılıb.