Bakıda qadına qarşı zor tətbiq edərək pul kisəsini alan şəxs saxlanılıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bakıda qadına qarşı zor tətbiq edərək pul kisəsini alan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il mayın 15-də Bakı şəhər sakini olan bir qadına qarşı zor tətbiq edib pul kisəsini almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Köçbəyi Muradov saxlanılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14