Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda qadına qarşı dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, oktyabrın 7-də naməlum şəxs Bakı şəhər sakini olan bir qadını aldadıb 600 manatını alıb. Binəqədi rayon Polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Vüsal Hüseynov saxlanılıb.