Bakıda qadın sürücünün idarə etdiyi avtomobil “KaMAZ”la toqquşub

Bakının Nizami rayonunda qadın sürücünün idarə etdiyi avtomobil “KaMAZ”la toqquşub.

“Report”un məlumatına görə, 1985-ci il təvəllüdlü Zülfüqarova Gülnar İlham qızı idarə etdiyi “Nissan” markalı avtomobillə hərəkətdə olarkən “KaMAZ” markalı nəqliyyat vasitəsilə toqquşub.

Hadisə zamanı xəsarət alan qadın sürücü xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13