Bakıda qadın sürücü qəza törədib

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Xocahəsən yolunda qeydə alınıb.

1973-cü il təvəllüdlü Sadıqova Səadət Abbasəli qızı idarə etdiyi avtomobillə qəza törədib. Nəticədə sürücü xəsarət alıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol çiynin əzilmiş-cırılmış yarası və sol gicgah-ənsə nahiyəsində yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50