Bakıda qadın qonşu kişi tərəfindən döyülüb

Bakı. 14 iyul. REPORT.AZ/ Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 25 yaşlı Hüseynova Gülşən Məhərrəm qızı Mirzə Davud küçəsində, qonşuluqda yaşayan kişi ilə mübahisə edib.

Nəticədə G.Hüseynova kişi tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47