Bakıda qadın özünü binadan ataraq intihar edib

Bakı. 14 iyul. REPORT.AZ/ Bakıda intihar hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. 

Qəsəbənin Ə.Ağayev küçəsi ev 22 mənzil 56-da yaşayan Ofelya Bağırova özünü yaşadığı binanın 3-cü mərtəbəsindən ataraq intihar edib. 

O, hadisə yerində ölüb. 

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır. 

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37