Bakıda qadın həmcinsinə qarşı 22 000 manatlıq dələduzluq edib

Bakı. 29 avqust. REPORT.AZ/ Bakı şəhər sakininə qarşı 22 000 manatlıq dələduzluq edilib.  

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Nəsimi rayon Polis idarəsi 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini G.Mirzəyevanın 22 000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ağstafa rayon sakini Qiymət Məmmədova saxlanılıb. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47