Bakıda qadın dəm qazından zəhərlənərək ölüb

Bakıda hamam otağında qadın dəm qazından zəhərlənərək ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 16-da saat 04 radələrində paytaxtın Süleyman Rəhimov küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Qurbanova Gülnarə Şahbaz qızı yaşadığı ünvanın hamam otağında dəm qazından zəhərlənərək keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45