Bakıda qadın birgə yaşadığı kişini qətlə yetirib

Bakı. 15 avqust. REPORT.AZ/ Bakıda qadın birgə yaşadığı kişini qətlə yetirib.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib.

Məlumata görə, 53 yaşlı Valentina Filimonovna qeyri-rəsmi nikahda yaşadığı 51 yaşlı Nikolay Orlovu bıçaqla qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47