​Bakıda polis binasında yanğın olub

Bakı. 25 noyabr. REPORT.AZ/ Suraxanı rayonunun Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən Çevik Polis Alayının 7-ci bölüyünün inzibati binasında yanğın olub.

“Report”un xəbərinə görə, binanın ikinci mərtəbəsində başlayan yanğına elektrik naqillərinin qısa qapanması səbəb olub. Hadisə nəticəsində binada olan bir neçə stol, stul, şkaf və digər mebel əşyaları yanıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27