Bakıda polis avtomobili qəza törədib - FOTO

Bakıda Növbətçi Hissəyə aid polis avtomobili qəza törədib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Əlövsət Quliyev küçəsində qeydə alınıb.

Belə ki, Təbriz Xəlilbəyli küçəsindən Əlövsət Quliyev küçəsi istiqamətində hərəkət edən polis avtomobili qarşı tərəfdən gələn avtomobillə toqquşub. 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər əzilib.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37