Bakıda orta yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakı. 27 avqust. REPORT.AZ/ Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı orta yaşlı qadın xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsində, yolu keçən 1979-cu il təvəllüdlü Ağayeva Leyla Mixayılovnanı minik avtomobili vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib və ona ilkin tibbi yardım göstərilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sürücünün izahatı alınıb.

Digər xəbərlər