Bakıda piyadanın xəsəarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Səfərov Nəriman Zaur oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə beyin, qarnın küt travması və sağ budun əziyi diaqnozları qoyulub.