Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də saat 19 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində qeydə alınıb. 

Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Xanım Tağıyeva vurulub və nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Səbuhi Əliyev saxlanılıb.

Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47