Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, noyabrın 18-də Bakı şəhər sakini Samir Ağacanovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, paytaxt sakini Səidə Xəlilova Nizami rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər