Bakıda piyadanı motosiklet vurdu

Bakının Xətai rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

1990-cı il təvəllüdlü Hacıyev Amid Mirzəməmməd oğlu yolu keçərkən onu motosiklet vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ baldırın sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27