Bakıda piyadanı maşın vurub

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakının Xətai rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1955-ci il təvəllüdlü Heydərov Rafael Kərim oğlu "Nargilə" dairəsi kimi tanınan ərazidə yolu keçən zaman onu minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində araşdırma aparır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19