Bakıda maşın piyadanı vurub

Bakı. 13 aprel. REPORT.AZ/ Bakının Nərimanov rayonunda avtomobil naməlum piyadanı vurub.

"Report" xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"99-FC-340" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yolu keçmək istəyən təqribən 40-45 yaşlı kişini vurub. Zərərçəkmiş hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun şəxsiyyətini hələlik müəyyənləşdimək mümkün olmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41