Nəsimi rayonunda avtomobil piyadanı vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu keçən Qarayev Vurğun Müseyib oğlunu minik avtomobili vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 13 yanvar, 2026 / 14:51
Sumqayıtda silah-sursat tapılıb 13 yanvar, 2026 / 13:13