Bakıda piyada zolağında gənc oğlanı avtomobil vurub

Bakı. 7 fevral. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Zivərbəy Əhmədbəyov küçəsində piyada zolağından keçən 2000-ci il təvəllüdlü Həsənov Eltun Əkbər oğlunu minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29