Bakıda piyada zolağı olmayan yerdən keçən kişini maşın vurub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, minik avtomobili 40 yaşlı Qədirov Qədir Mehbalı oğlunu Ramana qəsəbəsində piyadalar üçün müəyyən edilməmiş yerdən keçəndə vurub.

Xəsarət alan şəxs "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47