Bakıda piyada vurulub, sürücü qaçıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, A.Qurban küçəsi ev 25-in qarşısında naməlum avtomobil piyada Bakı şəhər sakini Mixayıl Konakovu vurub. Xəsarət alan M.Konakov xəstəxanaya yerləşdirilib.

Polis piyadanı vuran sürücünün axtarışlarını davam etdirir.

Digər xəbərlər