Bakıda ötən il itkin düşən qadın tapıldı

Bakıda itkin düşən 78 yaşlı qadın tapılıb.

“Report”un xəbərinə görə, hadisə 2019-cu il dekabrın 29-da, saat 19 radələrində, paytaxtın Şüvalan qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1942-ci il təvəllüdlü Y.Qurbanova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra qadının ailə üzvləri hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qurbanovanın yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45