Bakıda oteldən noutbuk oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də rayon ərazisindəki otellərin birindən noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev saxlanılıb.