Bakıda oteldə əcnəbi vətəndaşın pulu oğurlandı

Bakıda oteldə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 21-də Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı otellərin birində cibindən 300 manatının oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini A.Abışlı polis əməkdaşları tərəfindən saxlanılıb və törətdiyi əməli etiraf edib.

Araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47