Bakıda orta yaşlı qadını avtomobil vurub

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakıda orta yaşlı qadını minik avtomobili vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi 1973-cü il təvəllüdlü Kazımova Səbinə Qəşəm qızı Binəqədi rayonunun eyniadlı qəsəbəsində yolu keçən zaman baş verib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər