Bakıda orta yaşlı qadını avtomobil vurub

Bakı. 29 may. REPORT.AZ/ Binəqədi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Report" xəbər verir ki, Gülüstan küçəsində yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Əliyeva Günəş Məmmədəli qızını avtomobil vurub.

Nəticədə o, ağır xəsarət alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37