Bakıda orta yaşlı qadın sevgilisi tərəfindən bıçaqlanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakıda orta yaşlı qadın sevgilisi tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

1985-ci il təvəllüdlü Əliyeva Maya Əbülfət qızına sevgilisi ilə mübahisə zamanı 2 bıçaq xəsarəti yetirilib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Digər xəbərlər