Bakıda orta yaşlı qadın döyülərək qabırğaları sındırılıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Əhmədova Gülnar Polad qızı yaxınlıqdakı kafedən çıxan orta yaşlı tanış kişi tərəfindən döyülüb.

Qadının qabırğa sümükləri sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37