Bakıda orta yaşlı kişiyə bir neçə bıçaq zərbəsi vurulub

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda orta yaşlı kişiyə bir neçə bıçaq zərbəsi vurulub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

1983-cü il təvəllüdlü Hacıyev Zamin Zabir oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, bədəninin bir neçə nayihəsindən 3 bıçaq xəsarəti alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37