Bakıda orta yaşlı kişini maşın vuraraq öldürüb, sürücü qaçıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, rayonun Albalılıq qəsəbəsində, "Aidə park"ının yaxınlığında yolu keçmək istəyən təxminən 35-40 yaşlı kişini naməlum markalı avtomobil vurub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39