Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakı. 3 may. REPORT.AZ/ Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsinin qarşısında yolun digər tərəfinə keçmək istəyən 1982-ci il təvəllüdlü Cavadov Seymur Bəylər oğlunu "Mercedes" markalı avtomobil vurub. Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü məsuliyyətə cəlb edib.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37