Bakıda avtomobil orta yaşlı kişini vurub

Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda orta yaşlı kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Xəzər rayonunda baş verib.

Belə ki, Qala qəsəbəsində "VAZ-2106" markalı avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Babayev Lətif Yasəf oğlunu vurub. Nəticədə o, ayağından sınıq xəsarətləri alıb. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib.

Fakt Xəzər Rayon Polis İdarəsində araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47