Bakıda orta yaşlı kişini avtomobil vuraraq öldürüb

Bakı. 3 avqust. REPORT.AZ/ Bakıda orta yaşlı kişini avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Sabunçu qəsəbəsində yolu keçmək istəyən 1968-ci il təvəllüdlü Bəşirov Feyzulla Zeynal oğlunu "Vaz 2107" markalı avtomobil vurub. Nəticədə F.Bəşirov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 

Hadisəni törədən sürücü saxlanılıb.

Digər xəbərlər