Bakıda orta yaşlı kişi yaşadığı evin yaxınlığında bıçaqlanıb

Bakı. 29 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə ötən gecə Hüseynbala Əliyev küçəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü Əhmədov Rövşən Nuşirəvan oğlu evə gedərkən tanımadığı şəxslə mübahisə edib. Mübahisənin sonunda o, bıçaqlanaraq ağır xəsarət alıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47