Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Bayıl qəsəbəsində 1970-ci il təvəllüdlü Həsənli Sakit Maarif oğlu "Davud" marketin qarşısında bıçaqlanmış vəziyyətdə huşunu itirərək yerə yıxılıb. O, yaxından keçən şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 10 yanvar, 2026 / 19:12