Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Bakı. 28 avqust. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Cavadxan küçəsində 1985-ci il təvəllüdlü Məmmədov Əhməd Ramiz oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57