Bakıda orta yaşlı kişi bıçaqlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakıda orta yaşlı kişi bıçaq xəsarəti alıb.

"Report"un xəbərinə görə hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində 1978-ci il təvəllüdlü Hüseynov Yusif Məhəmməd oğlu ötən gecə naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39