Bakıda orta yaşlı kişi bıçaqlanıb

Bakının Nəsimi rayonu Zabitlər bağının yaxınlığında bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, 1981-ci il təvəllüdlü Yaradanquliyev Ayxan Mahmud oğlu naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələri alıb.

Yaralı 1 saylı Kliniki tibbi Mərkəzə gətirilib. Ona qarın boşluğunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26