Bakıda orta yaşlı kişi bıçaqlanıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə dekabrın 9-u axşam saatlarında Xəzər rayonunda baş verib.

Belə ki, Bilgəh qəsəbəsində 1984-cü il təvəllüdlü İmanov Amir Fazil oğlu bədənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. O, bildirib ki, qəsəbə ərazisində tanımadığı şəxslə əlbəyaxa dava edən zaman bıçaqlanıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23