Bakıda orta məktəbin qarşısından 7 000 manatlıq büst oğurlanıb

Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7 000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 13 yanvar, 2026 / 14:51
Sumqayıtda silah-sursat tapılıb 13 yanvar, 2026 / 13:13