Bakıda orta məktəbdə baş verən yanğın söndürülüb

Bakı. 6 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Səbail rayonunda 51 saylı orta məktəbdə baş verən yanğınla rəsmi məlumat yayıb. "Report"un FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilib ki, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik şitində yanğın baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.Yanğın 12 kv.m sahəni əhatə edib. Şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur. Yanğın söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45