Bakıda orta məktəb şagirdi bıçaqlanıb

Bakı. 2 may. REPORT.AZ/ Bakıda 17 yaşlı orta məktəb şagirdi bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonundakı 82 saylı orta məktəbdə qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Salmanov Veysəl Ramiz oğlu orta məktəbdə mübahisə edərkən bıçaq xəsarəti alıb. 

Onun kim tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.  

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05
Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41