Bakıda ölümlə nəticələnən yol qəzası olub

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 15-də saat 20 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini Z.Bəşirov idarə etdiyi KIA markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18